Aktyorlardan birinin səhhətində yaranan problem tamaşanı təxirə saldı

Aktyorlardan birinin səhhətində yaranan problem tamaşanı təxirə saldı
8-16 noyabr tarixlərində "İbrus" Teatrının səhnəsində göstərilməli olan "Arşın mal alan" marionet tamaşası aktyorlardan birinin səhhətində yaranan ciddi problemə görə təxirə salınıb. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, tamaşanın keçirilmə tarixi barədə məlumat KİV vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, tamaşa Azərbaycanda ilk marionet teatrının təsisçisi olan Tərlan Qorçunun rəhbərlik etdiyi "Tərlan Qorçu Marionet Teatrı" tərəfindən hazırlanmış, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 10 tamaşanın göstərilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə