Bakıda Aİ-nin maliyyələşdirdiyi tvinninq layihəsinin yekun konfransı keçirilib FOTOLAR

Bakıda Aİ-nin maliyyələşdirdiyi tvinninq layihəsinin yekun konfransı keçirilib FOTOLAR

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekun konfransı keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İtaliyanın Azərbaycadakı səfiri Auqusto Massari, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestuti Yankauskas və bir sıra rəsmi şəxslər iştirak edib.

Tvinninq layihəsinin bağlanış mərasimində layihə çərçivəsində əldə olunan nəticələr təqdim olunub. Nazirliklər, yerli və beynəlxalq təşkilatların iştirakı ilə mədəniyyət sektorunun inkişafında gələcək perspektivlər müzakirə olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, layihə çərçivəsində regionlarda, yerli mütəxxəssislər ilə, mərkəz aparatda, muzeylərdə böyük işlər görülüb: “Azərbaycanda mədəni irsin qorunması və onun istifadə olunması sisteminin təkmilləşdirilməsinə dair tədqiqatlar aparılıb. Layihənin məqsədi Avropa təcrübəsini Azərbaycana daxil etməkdir. İtaliyada tətbiq olunan təcrübə bizim üçün çox maraqlı oldu”.

Konfransda iştirak edən İtaliyanın Azərbaycadakı səfiri Auqusto Massari qeyd edib ki, mədəniyyət sahəsində münasibətlərin və tərəfdaşlıqların inkişaf etdirilməsi ölkələr arasında siyasi məsələlərin inkiafına da öz tövhəsini verir: “Ekspertlərimizə təşəkkür etmək istərdim ki, onlar Azəraycana gələcəkdə ölkəyə turistləri cəlb etmək üçün müvafiq bilik və bacarıqlar təmin ediblər. Layihə Azərbaycana mədəni irsi iqtisadi bir aktivə çevirmək imkanı yaradır. İtalyan ekspertlərinin əsas məqsədi burada öyrətmək, öz bacarıqlarnı bölüşmək idi”.

Tədbirdə söz alan Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, layihə Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (ENPİ) köməyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində həyata keçirilib.

Qeyd edək ki, layihə Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (ENPİ) köməyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə