Hal-hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında "Şəhrizad" baletinin quruluşu həyata keçirilir. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletin quruluşu üzərində xalq artisti Tamilla Şirəliyeva və Ukraynanın xalq artisti, Ukrayna Dövlət Mükafatı laureatı Tatyana Borovik çalışır.
Tamaşada əsas partiyanı – Şəhrizad rolunu əməkdar artist, "Zirvə" və "Qızıl dərviş" mükafatları laureatı Kamilla Hüseynova və milli baletimizin gənc ulduzu Elmira Mikayılova ifa edəcəklər. Tamaşanın dirijoru isə teatrın baş dirijoru, xalq artisti, professor Cavanşir Cəfərovdur.
Məlumat üçün bildirək ki, 1888-ci ildə qələmə alınan "Şəhrizad" simfonik süitası rus simfonizminin zirvəsi və N.Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli simfonik əsərlərdən biri sayılır. Əsər çox populyar olub, dünyanın ən mötəbər orkestrləri tərəfindən hər zaman ifa olunur. Balet 1910-cu ildə məşhur xoreoqraf Mixail Fokin tərəfindən həyata keçirilən klassik quruluş əsasında səhnəyə qoyulacaq. Bu quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburqun Mariinski Teatrı və Kiyev Milli Opera və Balet Teatrında müvəffəqiyyətlə nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB