Noyabrın 1-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin təqdimatında "Cəhənnəm sakinləri" tamaşasının premyerası olub. SİA-nın məlumatına görə, Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin Bağıroğludur.
Əsas rollarda Püstəxanım Zeynalova, İqrar Salamov, Rauf Şahsuvarov və başqaları çıxış ediblər.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində təqdim olunan tamaşada hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa, dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ərlə-arvadın təzadlı tale yolundan bəhs edir.
İnsanı xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyən tamaşa böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB