Bakı şəhər musiqi məktəblərinin bir qrup müəllimləri ilə görüş keçirilib

Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin bir qrup müəllimləri ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov görüş keçirib.

SİA-nın məlumatına görə, görüşdə müəllimlər sosial problemlərinin həllinin daima dövlətin diqqət mərkəzində olduğunu və onların pedaqoji fəaliyyətlərinin stimullaşdırılmasını qeyd ediblər və əmək haqqlarının artırılmasına görə ölkə başçısı Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. Vurğulayıblar ki, bütün sahələrdə olduğu kimi, özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlər də dövlətin qayğı və diqqətindən kənarda qalmayıb.

Sonda Baş İdarənin rəisi V.Zeynalov bütün müəllimləri qarşıdan gələn Novruz bayramı munasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə