İctimai Birliyin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib FOTOLAR
Bu gün “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirici İctimai Birliyinin sədri Arzu Bağırova, millət vəkili Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Qəhrəmanların ailələri, xalq artistləri Məsum İbrahimov, Nisə Qasımova, əməkdar artist Lalə Məmmədova, opera ifaçısı Oya Ergün və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Regional Hüquqi və İqtisadi Maarifləndirici İctimai Birliyinin sədri Arzu Bağırova mərasim haqda danışıb: "Bu gün Regional Hüquqi və İqtisadi Maarifləndirici İctimai Birliyinin açılış mərasiminə toplaşmışıq. Bu Birliyi yaratmağımıza səbəb xanımlarımıza dəstək olmaq, onları daha da maarifləndirməkdir. Mənə yaxından dəstək olan millət vəkili Qənirə Paşayevaya təşəkkürlərimi bildirirəm. Xanımlarımızı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm".
Açılışda millət vəkili Qənirə Paşayevaya söz verilib. O, tədbir iştirakçılarını salamlayaraq, fikirlərini bildirib: "Arzu Bağırova Regional Hüquqi və İqtisadi Maarifləndirici İctimai Birliyini açaraq, xanımlarımıza dəstək olacaq. Ona bu işdə uğurlar arzu edirəm. Onu da qeyd edim ki, xanımlarımızın ictimaiyyətdə rolu böyük və danılmazdır. Cənab Prezidentimiz İlham Əliyev qadınlarımıza hər zaman dəstək olub. Xanımlarımızın daha da fəal olmasında Ümummilli Lider Heydər Əliyevə və Prezident İlham Əliyevə təşəkkürlərimizi bildiririk. 11 aprel tarixində Azərbaycanda keçiriləcək Prezident seçkilərində bütün xanımlarımız İlham Əliyevə səs verəcək. Xalqımız İlham Əliyevin ətrafında sıx birləşib, onu yeniden prezident görmək istəyir".
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova xanımların cəmiyyətdəki rolundan danışıb: "Azərbaycan Xalq Cümhuriyyəti dövründən xanımlarımızın rolu ictimaiyyətdə böyük olub. Onlara həmin dövrdən səsvermə imkanı yaradılıb. Hazırda Azərbaycan xanımı Ulu Öndərin və Prezident İlham Əliyevin sayəsində hər yerdə sözünü deyə bilir. 11 aprel tarixində Azərbaycanda keçiriləcək Prezidnet seçkilərində səsimizi İlham Əliyevə verəcəyik".
Tədbir xalq artisti Məsum İbrahimovun, opera ifaçısı Oya Ergünün ifaları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB