Bu gündən Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayır. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Mərakeşə səfərə gedib. Heyətə ölkəmizin incəsənət ustalarının böyük qrupu daxildir.
Konsert proqramlarında Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Rəqs qrupu, solistlərdən xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov çıxış edəcək.
Noyabrın 1-dək davam edəcək Mədəniyyət Günləri çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsertlər və foto-sərgi təşkil ediləcək.
Qeyd edək ki, Mərakeşdə Azərbaycan Mədəniyyət Günlərinin təşkili iki ölkənin hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 3 mart 2008-ci il tarixli sazişə əsasən keçirilir. Mədəniyyət Günləri Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicini daha da yüksəlməsinə və Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB