“Frankofoniya həftələri: mənə bir loqo çək!” müsabiqəsi elan edilib
Azərbaycanda Frankofoniya həftələri loqosunun vizual tərtibatı üzrə müsabiqə elan edilib.
SİA-nın məlumatına görə, müsabiqəni Frankofoniya həftələrinin 2018-ci il (1-14 aprel 2018) buraxılışı münasibətilə Belçika, Fransa, Macarıstan, Litva, Mərakeş, Meksika, Moldova, Rumıniya və İsveçrənin ölkəmizdəki səfirlikləri, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Fransız İnstitutu təşkil edir.
Fevralın 7-dən start veriləcək müsabiqəyə təqdim olunacaq loqo Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalıdır.
Beynəlxalq Frankofoniya Təşkilatında üzv və müşahidəçi statusu daşıyan 10 ölkənin səfirlikləri, “Frankofoniya 2017” həftələrinin təşkil etdiyi 20-yə yaxın tədbirində təmsil olunub. Bu il buraxılışın təşkil olunmasında 10-a yaxın təşkilat iştirak edir.
İştirak etmək istəyənlər fevralın 25-dək təkliflərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 ölkədən (58 üzv və 26 müşahidəçi) ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB