Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

1 fevral 2018-ci il tarixində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, konsertin proqramında skripka və fortepiano üçün sonata, “24 prelüd” silsiləsinin IV dəftərindən 6 prelüd, L.Hughes’un sözlərinə 3 noktürn, “Yeddi gözəl” baletindən fraqmentlər səslənəcək.

İştirak edirlər:

Giriş sözü: Rauf Fərhadov (musiqişünas)

Elena Reviç (violin)

Olqa Domnina (fortepiano)

Evgeniy Astafurov (bariton)

Bütün xəbərlər Facebook səhifəmizdə