Azərbaycan Dövlət Filarmoniyasında Yeni il qeyd edilib FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr edilmiş konsert olub.
SİA-nın məlumatına görə, tədbirdə Dövlət xalq çalğı alətləri orkestrinin ifasında “Ceyms Bond”, “Şerlok Holms və doktor Vatson”, “Bir dəfə Amerikada”, “Zorro”, “Oyuncaq” və digər məşhur filmlərin musiqisi səsləndirilib. Konsertdə, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri və xoreoqrafları çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB