“Əlimdən tut” klipi təqdim olunacaq

“Əlimdən tut” klipi təqdim olunacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı ilə klip və tamaşa hazırlayıb.

Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, noyabrın 30-da keçiriləcək tədbirdə “Əlimdən tut” adlı mahnıya çəkilən sosial klip, eləcə də “Oyuq”çuların ifasında müzikl təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə