Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında görkəmli şair Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş şeir müsabiqəsinin ikinci seçim turu keçirilib.
İdarədən SİA-ya bildirilib ki, müsabiqədə Nizami rayonunda yerləşən 109 və 316 nömrəli tam orta məktəblərin III-VI sinif şagirdləri iştirak ediblər. Hər məktəbdən bir şagird müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə klassiklərin yaradıcılığına marağın artırılmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB