Xarici ölkələrdə məskunlaşmış türk xalqları arasında ortaq mənafe naminə əlaqələrin qurulması bu gün xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə də Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı Zaur Əliyevin "Türkdilli xalqların diasporları" adlı kitabı işıq üzü görüb. Bu barədə SİA-ya müəllif özü məlumat verib.
O bildirib ki, kitabda türkdilli xalqların diasporları, onların məskunlaşma coğrafiyası, tarixi, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar toplanıb. Onun sözlərinə görə, nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulub.
Z.Əliyev söyləyib ki, kitab həmçinin türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.
Qeyd edək ki, Z.Əliyevin diaspor və beynəlxalq münasbətlərin digər istiqamətləri üzrə Azərbaycanda və dünyanın bir neçə ölkəsində 50-dən çox məqaləsi dərc edilib. O "Beynəlxalq münasibətlərdə diasporların rolu", "Dünya diasporları", "Diaspor: İzahlı Sözlük və Məlumat Kitabı" kitablarının müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB