Azərbaycan Ədəbiyyatı Muzeyini 4 mindən çox turist ziyarət edib
Son altı ayda AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyini 4 mindən çox turist ziyarət edib. AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən SİA-ya verilən məlumata görə, cari ilin 6 ayı ərzində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini müxtəlif ölkələrdən 4705 turist ziyarət edib. Muzeyin ekspozisiyası üzrə 735 izahat (Azərbaycan dilində 314, rus dilində 156, ingilis dilində 95, fars dilində 108, ərəb dilində 46) aparılıb.
Muzeyi ziyarət edənlər arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan, İran və Ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB