“Əli və Nino” sənədli filminin nümayişi olacaq - Eksklüziv

“Əli və Nino” sənədli filminin nümayişi olacaq - Eksklüziv
Sonuncu III kursda 2 film çəkmişəm. Bu barədə SİA-ya Rüstəm İbahimbəyovun Kino Akademiyasının tələbəsi Murad Muradov açıqlamasında bildirib. Onun sözlərinə görə, filmin biri tanınmış Anderqraunt stilində işləyən tanınmış amerikalı operator Toms Börnsin proyekti əsasında çəkilib.

Həmin film "O kimdir?" adlanır. Təşkil olunan beynəlxalq müsabiqələrin birində mənim 2 filmim- "Adın sirri və tale", "Qurban Səid" nümayiş olunub. Həmin proyektdə mənim "O kimdir?" adlanan filmim də iştirak edirdi. 8 dəqiqə 16 saniyəlik film mədəniyyətimizin, tariximizin qorunması haqqında kiçik bir etnoqrafik ekran əsəridir", - deyə o əlavə edib.

Bundan başqa cari ilin aprel ayında professor Həsən Quliyevin ssenarisi əsasında 14 dəqidəlik "Əli və Nino" sənədli filmini çəkilişlərinə başladığını deyən M.Muradov filmin oktyabr ayında nümayiş etdiriləcəyini bildirib: "Azərbaycanda ilk dəfə olaraq bu mövzuya toxunulub. Bu filmdə 2 bədii epizodik obraz var. Demək olar ki, bu mövzuya ilk dəfə olaraq mən müraciət etmişəm. Bu filmi hazırda tələbəsi olduğum Rüstəm İbrahimbəyovun Kino Akademiyasında diplom işi kimi təqdim etməyi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə