Xalq artisti Fəxrəddin Manafov bu gün iki özəl günü qeyd edir
Avqustun 2-si Azərbaycanın görkəmli kino xadimi, xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. SİA-nın məlumatına görə, Fəxrəddin Manafov 1955-ci il avqustun 2-də Xankəndi şəhərində anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə çəkilir. Kino ilə yanaşı teatrda da sənət fəaliyyətini davam etdirən Fəxrəddin Manafov hazırda Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB