Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən yay mövsümü dövründə mədəni xidmətlərin təşkilinə dair tədbirlər planına əsasən Lerik Dövlət Rəsm Qalereyası tərəfindən Lerik rayonunda “Relax” İstirahət Mərkəzində turistlər üçün gənc rəssam Altun Rəcəblinin rəngkarlıq işlərindən ibarət sərgi keçirib. SİA-nın məlumatına görə, gənc rəssamın 25 ədəd yeni yaratdığı əl işləri turistlərə təqdim olunmuşdur. İstirahət Mərkəzində dincələn turistlər bir həftə ərzində A.Rəcəblinin yaradıcılığı ilə yaxından tanış olublar. Tamaşaçılara gənc rəssam özü bələdçilik edib, yaradıcılığından və gələcək planlarından danışıb.
Rəssamın rəngkarlıq nümunələri turistlərin zövqünə oxşamış və onlara xoş təəssüratlar bəxş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB