ATMU VIII məzun buraxılışı haqqında KİV nümayəndələri üçün geniş AÇIQLAMA
Azərbaycan Turizm və Menecment Universitetində” Məzun-2017” adlı VIII buraxılış mərasimi olub. SİA-nın məlumatına görə, əvvəlcə Azərbaycanin Dövlət Himni oxundu. Çıxış üçün söz ATMU-nun rektor əvəzi Eldar Aslanov verilib. Rektor əvəzi E.Aslanov dedi:Hörmətli qonaqlar! Əziz tələbələr, müəllimlər, valideynlər! Xanımlar və cənablar! Ali məktəbimizinsəkkizinci, ATMU-nun üçüncüməzun gününə xoş gəlmisiz. Belə bir gündə sevincimizə sevinc qatdığınıza görə Sizlərə dərin təşəkkürümüzü bidiririk!Bu gün məzunlarımız üçün çox əlamətdar bir gündür. Onlar 4 illik əziyyətlərinin, yuxusuz dərs çalışdıqları gecələrin, ağrılı-acılı, sevincli tələbəlik illərini başa vururb, ali təhsilli mütəxəssislər kimi ölkənin çoxşaxəli inkişafında real iştirak etməyə başlayırlar. Geridə qoyduğunuz 4 il ağır olduğu qədər də şərəfli bir yoldur.
Ölkəmiz sürətlə inkişaf edir, nəinki neft sektorunda, hətta özünü artıq qeyri-neft sektorunda da göstərir. Dövlətimiz “Azərbaycan-2020 Gələcəyə Baxış” Konsepsiyası ilə qarşıda konkret hədəflər qoyur. Turizm və digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur və ölkəni böyük hədəflərə məhz Siz gənclər aparacaqsız. Belə bir inkişaf üçün ilk növbədə peşəkar kadrların olması şərtdir . ATMU ailəsi Sizi peşəkar kadr kimi hazırlamağa çalışıb.
Keçən 11 il ərzində ATMU keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil təşkil etməklə məşğul olub. Buna AKTS tətbiqi, ölkədə ilk ikili diplom proqramı, Erasmus-Mundus, Tempus layihələrində iştirak, ölkədə ilk praktika semestrinin təşkili, onlarla tətbiqi tədqiqat, qisamüddətli treninqlərin təşkili, peşə təhsilinin gücləndirilməsi və s., məsələləri aid etmək olar.
ATMU 11 ixtisas üzrə bakalavr,magistr,doktorantura üzrə , o cümlədən peşə və qisamüddətli kursalarda kadr hazırlığını həyata keçirir.
Bu il ATMU-dan 333nəfər məzun olub. Onlardan 36nəfəri magistr, 297 nəfəribakalavrpilləsini bitirib. Beləliklə, ATMU-dan məzun olanların sayı 2111-ə çatıb. Onlardan 143 nəfəri magistr dərəcəsi olanlardır. Turizm və qonaqpərvərlik ixtisası üzrə 140 bakalavr, 24 magistr, ümumi 164 nəfər, Xidmət mühəndisliyi ixtisası üzrə 74 bakalavr, 9 magistr , ümumi 83 nəfər, Biznes idarəçiliyi fakültəsi üzrə 83 bakalavr, 3 magistr, ümumi 85 nəfər məzun adını qazanıb.
ATMU-nun bu ilki məzunlarından20nəfəri eyni zamanda Avstiryanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomuna sahiblənib. Ümumilikdə, universitet məzunlarımızdan 171 nəfəriiki diplomludur.
Həmçinin bu il ATMU-ya bakalavr üzrə 470, magitraturaya 96 nəfərin qəbulu nəzərdə tutulub. Artıq6-ci ildir ki, ATMU-da doktoranturaya qəbul prosesinə başlanılıb.
Onu da qeyd etmək lazımdır ki,Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən BakıTurizm Peşə məktəbini bu il müxtəlif ixtisaslar üzrə 471 nəfər şagird bitirib.
Ölkəmizdə ilk dəfə ATMU tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələrimiz təkcə Azərbaycanda deyil,konkret desək bu il Türkiyə (2), İsrail (38), Rusiya (1) turizm müəssisələrində təcrübə keçirlər. Hal-hazırda ATMU-nun 117 nəfərə yaxın tələbəsi-onlardan 68 nəfəriölkə daxilində,49 nəfəri xarici ölkələrdə 22 həfətəlik istehsalat təcrübəsini davam etdirirlər.
Universitetimiz yarandığı gündən indiyədək30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurub.
Bu il ATMU-nun 2 tələbəsi Türkiyənin Atatürk Universiteti tərəfindən təşkil olunan ənəvəi yay məktəbində,.2tələbə Almaniyanın Yade Universiteti tərəfindən təşkil olunanyay məktəbində olub.Növbəti tədris ilində 2 tələbəmiz Almaniyanın Yade universitetinə tələbə mobilliyi çərçivəsində bir semestr oxumağa yola düşəcək.Erasmus + proqramı çərçivəsində 1 nəfər tələbə Türkiyə Respublikasının Eskişehir Anadolu Universitetində, 3 nəfər tələbəmiz Mövlanə Mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Sakarya və Akdeniz universitetlərində, 2 nəfər tələbəmiz isə AATP proqramı çərçivəsində İMC Krems universitetində bir semester müddətində təhsil alacaqdır. Bununla yanaşı olaraq gələn təhsil semestri ərzində magistratura pilləsi üzrə təhsil alan ATMU tələbələrinin Türkiyə, Çin Xalq Respublikası eləcə də Macarıstan, Ruminiya, Polşa, İtaliya, Fransa, Yunanıstan və Meksika kimi ölkələrdə təhsil ala bilmələri üçün aparılan müzakirlərin sona çatdırılması və arzulanan əməkdaşlıq layihələrinin icrası nəzərədə tutulmuşdur.
ATMU artıq 3 TEMPUS layihəsində fəal iştirak edir. Bu layihə çərçivəsində İspaniya Krallığının Jirona universiteti ilə ikili diplom proqramının reallaşması gündəmdədir. ATMU –da Amadeus İnternasionalla və onun yerli tərəfdaşı Delta şirkətiilə müqavilə əsasında Amadeus lobaratoriyası qurulub və tələbələr bronlaşdırma dərslərini bu lobaratoriyada keçirlər.İndiyədək təxminən 100 tələbə Amadeus sertifikatı alıb.
ATMU-nun Təlim Mərkəzi bu il müxtəlif təlim və sertifikat kursları təşkil edib.Bu kurslar əsasən ölkəmizin nüfuzlu otelləri və müvafiq sənaye qurumları ilə müştərək təşkil olunub.
ATMU tələbələri ictimai işlərdə dəfəaldırlar. ATMU tələbələri ilk Avropa Oyunlarında, IV Mədəniyyətlərarası Dialoq Forumunda, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda,”Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarındavə “Formula-1”üzrə Azərbaycan Qran-Prisində könüllü qismində fəaliyyət göstərməklə, peşəkar vərdişlərə yiyələnmək şansı qazanıblar.
ATMU məzunları ATİMA adlı qeyri-hökumət təşkilatı olan məzunlar cəmiyyətində birləşiblər. Siz məzunlar bu təşkilata sahiblənməli, öz məzun və peşə cəmiyyətiniz kimi onun işində aktiv rol olmalısınız. ATİMA siz məzunların təşkilatıdır.
Ali təhsil müəssisəsi olaraq, əldə etdiyimiz nailiyyətlər əlbəttə ki, ölkə rəhbərinin, Mədəniyyət və Turizm Nazirliyinin, həm də müəllim həmkarımız cənab nazir Əbülfəs Qarayevin diqqət və qayğısı, nazirliyin, digər dövlət və özəl strukturların universitetimizə səmimi münasibəti, ATMU ailəsinin məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Fürsətdən istifadə edib ATMU-ya dəstək olan bütün dostlara təşəkkür edirəm.
Əziz valideyinlər! Min bir zəhmətlə böyüdüb boya-başa çatdırdığınız və 4 il əvvəl ATMU-ya etibar etdiyiniz övladlarınız bu gün artıq yüksək bilik və bacarıqlara sahib, ürəkləri Vətən sevgisi ilə Azərbaycanımızın xidmətindədirlər. Onlarla fəxr etməyə haqqınız var.
Sevimli gənclər! Peşəkar kadrölkəyə, dövlətə sadiq, biznes etikasına malik, öz sosial məsuliyyətini dərk edən insan olmaq deməkdir. Bu gün səhərin ilk dəqiqələrindən tarixə çevriləcək.. Sizə bilik və səylərimizi birləşdirib daha yüksək uğurlar əldə etmənizi arzu edirəm. Bu düşüncə ilə sizləri böyük həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun!
8-ci buraxılış Məzun törənində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva məzunları təbrik edib. Onlara uğurlu karyera arzuladı.Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova məzun-şagirdlərə uğurlar arzulayıb.
2016/2017-cİ tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ATMU- nun birgə icra etdiyi beynəlxalq proqram məzunlarına diplomlar,”Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında könüllü qismində fəaliyyət göstərən universitet tələbələrinə və 2016/2017-ci tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər təqdim olundu.Onu da qeyd edək ki,cari tədris ilinin 333 nəfər ATMU məzunundan 14 nəfəri ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib.
Məzun törənində ATMU-nun “Tələbə Fəxri Kitabı” növbəti tədris ilində məzun olacaq tələbəyə təqdim edilib.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin şöbə müdirləri Yaşar Əliyev, Mahir Qəhrəmanov, Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Milli Kulinariya Assosiasiyasının prezidentiTahir Əmiraslanov və turizm sənayesi müəssisələrinin məsul əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə