Nicat Müslümov muğam sevənlərə səsləndi

Nicat Müslümov muğam sevənlərə səsləndi

Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupu yaradılıb. Bu barədə SİA-ya məlumat verən layihə rəhbəri Nicat Müslümov bildirib ki, məqsəd yeni layihənin tanınmasında gənclərin aktivliyinə, Azərbaycan muğamının istər ölkədə, istərsə də beynəlxalq aləmdə təbliğinə nail olmaqdan ibarətdir: "Qrupda təxminən 3 mindən çox üzvümüz var. İstər ölkəmizdə, istər Avropada təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər".

"Hazırda 3 mindən artıq izləyicisi olan qrup üzvlərinin sayı gündən-günə artır. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar. Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq, Milli Muğamı, Azərbaycanı təbliğ edirik" - deyə, Nicat Müslümov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə