Mehman Şükürov: “Teatrımıza xaricdən 2 rejissor dəvət etmişik”- FOTO
"40 il kirayəşin kimi yaşadıqdan sonra nəhayət ki, Sumqayıt Dövlət Musiqili Dram teatrının da binası oldu". SİA-nın məlumatına görə, bu sözləri teatrın direktoru, əməkdar mədəniyyət işçisi Mehman Şükürov 138-ci teatr mövsümünün açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, teatra yeni bina verilməsindən sonra 138-ci teatr mövsümünün məhz Sumqayıt Dövlət Musiqili Dram teatrında keçirilməsi xüsusi bir haldır.
"Azərbaycanın mədəniyyətinin önündə gələn insanların və mədəniyyət və turizm nazirinin açılışda iştirak etməsi bizim üçün çox xoş oldu. Bu açılış teatrımızın inkişafında xüsusi rol oynayacaq. Artıq bilirlər ki, bu teatrın öz binası və tamaşaları var. Bizim teatrın kollektivi bir neçə gündən sonra hazırladığımız bütün tamaşaları izləyicilərin ixtiyarına verəcəklər"-deyə direktor əlavə edib.
Teatrın direktoru M.Şükürov onu da qeyd edib ki, teatr artıq sentyabrın 26-dan etibarən repertuarda olan bütün tamaşaları nümayiş etdirəcək: "Ay ərzində 20-ə yaxın tamaşa nümayiş etdirəcəyik. Oktyabr ayının 24-ü Sank Peterburqda keçiriləcək festivala dəvət almışıq. Gələn ay üçün iki yeni tamaşa da hazır olacaq".
Teatrın gələcək planlarından söz açan Mehman Şükürov teatra Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə xaricdən 2 rejissor dəvət olunacağını bildirib: "Rejissorun biri Ukraynadan, digəri isə Rusiyadan dəvət olunub. Həmin refissorlar gələn il üçün bizə yeni tamaşalar hazırlayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB