“Azərbaycan Mərkəzi Asiya ilə Berlində görüşür”

“Azərbaycan Mərkəzi Asiya ilə Berlində görüşür”

İyunun 25-də Almaniyanın paytaxtında yerləşən Berlin-Bakı qalereyasında “Azərbaycan Mərkəzi Asiya ilə Berlində görüşür” adlı sərgi açılacaq. SİA-nın məlumatına görə, iyulun 29-dək davam edəcək sərgidə rəssamlar Rasim Hüseynovun (Azərbaycan), Samat İşenbekovun (Qırğızıstan), Sayyora Muinin (Özbəkistan) və Kodir Rahimovun (Tacikistan) əsərləri nümayiş olunacaq.

Xatırladaq ki, 2007-ci ildə açılmış Berlin-Bakı qalereyasının fəaliyyətinin məqsədi almaniyalı və azərbaycanlı rəssamların, heykəltəraşların və digər incəsənət nümayəndələrinin əsərlərinin birgə sərgisinin təşkili və xalqlarımız arasında mədəni münasibətlərin daha da intensivləşməsinə töhfə verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə