İyunun 13-də “YARAT” Müasir İncəsənət Məkanında “Şüşə ev” filmi nümayiş olunacaq. SİA-nın məlumatına görə, film incidilmiş, yoxsulluğa düçar olmuş və evdən qaçmış 4 qızın həyat hekayəsindən bəhs edir. Həmin qızlar Marcane Halati tərəfindən təsis edilmiş özəl sığınacaqda məskunlaşıblar. Hadisələr Tehran küçələrində və Omid-e-Mehr reabilitasiya mərkəzində cərəyan edir. Həmin bu mərkəz getməyə yeri olmayan 15-25 yaşlı qızlara sığınacaq verir.
Film ingilis alt yazıları ilə fars dilində nümayiş olunacaq.
Filmin nümayişi yerli gender ekspertlərinin aparacağı müzakirə ilə davam edəcək.
Qeyd edək ki, filmin nümayişi Equals assosiasiyasının dəstəyi ilə təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB