İrəvan Dövlət Dram Teatrı 129-cu mövsümünü Dağıstanda açacaq

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 129-cu mövsümünü sentyabrın 17-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində açacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, teatrın kollektivi burada keçiriləcək Üzeyir Hacıbəylinin 125 illik yubileyinə qatılacaq.

Yaradıcı kollektiv yubiley münasibətilə dərbəndli teatrsevərlərə dahi Azərbaycan bəstəkarının "O olmasın, bu olsun" komediyasını təqdim edəcək. Ümumiyyətlə, 20 gün müddətində Dağıstanda qostrol səfərində olacaq kollektiv, həmçinin Mahaçqalada və ətraf rayonlarda "O olmasın, bu olsun"dan əlavə, Aqşin Babayevin "Xilaskar" əsəri əsasında hazırladığı eyni adlı tamaşanı oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə