Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblı konsert proqramı ilə çıxış edib. Teatrdan SİA-ya bildirilib ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə qonaqlara “Səma”nın il ərzində qazandığı nailiyyətlər haqqında məlumat verilib, ansamblın fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Konsert proqramında rəqs ansamblının ifasında milli rəqslərimizlə yanaşı, dünya xalqlarının rəqs nümunələrinə də müraciət edilib. Konsert çərçivəsində respublikanın tanınmış incəsənət ustaları tərəfindən səslənən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda ansamblın bədii rəhbəri Səma Sadıxova “Səma” rəqs ansamblının il ərzində tədbirlərdə fəal iştirakına görə idarənin fəxri fərmanı ilə təltif olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB