"İdrak"liseyində Azərbaycan İstiqlal Muzeyi və "İdrak" liseyinin birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbir-sərgi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə "İdrak" liseyin tarix müəllimi Nəsib Rzayev açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəliyyətindən məlumat verib. Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları Ramazanova Gülay, Quliyeva Arzu Şərqin ilk Demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, Parlamenti haqqında ətraflı məlumat verdilər, Respublikanın çox qısa və çətin bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq təhsil, mədəniyyət, ordu və digər sahələrdə əldə etdiyi uğurlardan söz açdılar. Tamaşaçılara "Əbədi ezamiyyət" adlı sənədli film təqdim olunub.
Liseydə təşkil olunan sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən fotolar nümayiş olunub.
Tədbirin sonunda Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları tərəfindən "İdrak" liseyinin şagirdləri üçün hazırlanan viktorina keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB