Azərbaycan Milli İncəsənət Muzeyində "Pəncərə" klubunun təqdimatında "Pəncərədən düşən işıq" adlı şeir və musiqi gecəsi keçiriləcək. Muzeydən SİA-ya bildirilib ki, tədbirdə Azərbaycan və dünya poeziyasından seçmələr oxunacaq.
Gecədə, eyni zamanda pianoçular, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova və BMA-nın dosenti Elnarə Kəbirlinskaya Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar ifa edəcəklər.
Tədbirin əsas qayəsi gənc nəsildə mütaliəyə və klassik musiqiyə həvəs oyatmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB