Türkiyədə fəaliyyət göstərən rəssam Emil Əzizin Bakıda "Blooming" adlı fərdi sərgisi açılacaq. SİA-nın məlumatına görə, mayın 20-dən "Art BAHAR" festivalı çərçivəsində təşkil olunacaq sərgidə rəssam yeni əsərlər kolleksiyasını təqdim edəcək. Çiçəklənmə, təbiətin rennessansı, parlaq ləkələrlə ifadə olunmuş anlar - bütün bunlar "Blooming" ekspozisiyasının əsas ideyasıdır. Sərgi mayın 31-dək davam edəcək.
Qeyd edək ki, YUNESKO nəzdində Beynəlxalq Təsviri İncəsənət Assosasiyasının üzvü olan Emil Əzizin əsərləri Lissabon, Paris, Praqa, İstanbul, Dehli kimi şəhərlərdə təşkil olunan sərgilərdə nümayiş olunub.


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB