Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə peşəkar bakalavr- magistr hazırlığı" adlı Tempus layihəsi çərçivəsində Avropa Komissiyasının maliyyə və metodoloji dəstəyi ilə adıkeçən universitetin nəzdində yeni qrum-"Resurs mərkəzi" fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, açılış mərasimindən əvvəl ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov layihənin icrasında başlıca məqsədin otelçilik menecmenti ixtisası üzrə bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün tədris proqramlarının hazırlanması və həmçinin təkmilləşdirilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Müvafiq ixtisaslar üzrə təhsil alan universitet tələbələrinin praktik vərdişlərə yiyələnmələrindən ötrü mayın 17-dən etibarən fəaliyyətinə start verilən "Resurs mərkəz"ində yaradılan şəraitin səmərəli olacağına inandığını deyib. Açılış mərasimində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə peşəkar bakalavr- magistr hazırlığı" layihəsinin ölkəmizdəki koordinatorları, turizm sənayesinin tanınan nümayəndələri öz çıxışlarında mərkəzin fəaliyyətə başlamasını alğışlamaqla bərabər, qarşıda duran problemlərin həlli yollarından da danışıblar.
Qeyd etmək lazımdır ki, layihənin əsas təşəbbüskarı Portuqaliyanın Espino ali məktəbi, cavabdeh koordinator Fransanın Qrenobl Akademiyasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB