Portuqaliyanın Kaldaş de Rainya şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin marketinq sektorunun aparıcı məsləhətçisi-Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir. SİA-nın məlumatına görə, açılış mərasimində Kaldaş de Rainya şəhərinin meri Sergio Azevedo üzv ölkələrdən gələn qonaqları salamlayaraq bildirmişdir ki, belə mötəbər tədbirin rəhbərlik etdiyi şəhərdə keçirilməsindən olduqca məmnundur. Daha sonra çıxış edən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Guiseppe Bellandi Assambleyada müzakirə ediləcək məsələlərdən söz açaraq qeyd etmişdir ki, Assosiasiyanın üzvlərinin sayı artmaqdadır və Avropa sağlamlıq turizmi imkanlarının inkişafı və daha çox tanıdılması baxımından olduqca əhəmiyyətli layihələr həyata keçirilir.
Daha sonra Təşkilatın rəhbəri G. Bellandi Rusiyanın Kislovodsk, Braziliyanın Minos Gerais, Portuqaliyanın Algarve termal şəhərlərinin üzvlük üçün müraciət etdiyini bildirmiş və Assosiasiyanın ekspertlərinin qeyd olunan şəhərlərin termal turizm imkanları, eləcə də tarix-mədəniyyət abidələri ilə tanış olmaq məqsədilə səfərləri haqqında məlumat verib.
Xatırladırıq ki, ötən ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Qalaaltı" regionu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna qoşulmuş və üzvlük çərçivəsində 2018-ci ilin may ayında Assosiasiyanın növbəti Baş Assambleyasının Qalaaltıda keçirilməsi qərara alınıb.
Məlumat üçün bildiririk ki, beynəlxalq tədbir öz işini 18 may 2017-ci il tarixinədək davam etdirəcək və Qalaaltıda keçiriləcək beynəlxalq tədbir mövzusu və gündəliyi haqqında ətraflı müzakirələr aparılacaq.


.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB