“Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib FOTOLAR

“Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib FOTOLAR

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan İstiqlal Muzeyi və "İdrak" liseyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Ulu Öndər xatirələrdə" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə "İdrak" liseyin şagirdləri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etirən slaydlar, kompozisiyalar nümayiş etdiriblər, "Heydər Əliyevin mədəniyyətə qayğısı", "Heydər Əliyev - əsl məhəbbət", "Heydər Əliyev qeyri-rəsmi", "Heydər Əliyev xatirələrdə" adlı mühazirələrlə çıxış ediblər.

Tədbirdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnzaiyasının, 53 saylı orta məktəbin şagirdləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə