Əbülfəs Qarayev: "İlk dəfə forumun mükafatı təsis olunacaq"

Əbülfəs Qarayev: "İlk dəfə forumun mükafatı təsis olunacaq"

Bu gün Bakı Konqreslər Mərkəzində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda ilk çıxış eeın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, forum çərçivəsində ərzində yüksək səviyyəli görüşlər davam edəcək. Onun sözlərinə görə, Azərbaycanda keçirilən forum bəşəri prosesə çevrilib. Tərəfdaş olan qurumların sayının artması buna əyani sübutudur. FAO-nun təşkilatçılığını xüsusi vurğulayan nazir bildirib ki, sağlam qida mədəniyyətin ayrılmaz hissəsidir: "Ümidvaram ki, qonaqlarımız Azərbaycan qidasının dadlı və təhlükəsiz olduğunu görəcəklər".

BMT-nin Baş Katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl Nasserə təşəkkürünü bildirən nazir qeyd edib ki, Azərbaycanla Alyans arasında sağlam əməkdaşlıq mövcuddur: "YUNESCO-nun baş direktoru İrina Bokova da sabah Bakıya gələcək. Bu gün konfransda olmayanlar arasında İSESCO rəhbərliyini vurğulamağı özümə borc bilirəm. Onlar da forumu dəstəkləyənlər arasındadır".

Konfransın əhəmiyyətindən söz açan nazir bildirib ki, budəfəki forum digərlərindən bir neçə amilə görə fərqlənir: "Bu ilk dəfə olaraq forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərinin toplantısı keçiriləcək. Bundan başqa forumda ekstremizmlə bağlı toplantı baş tutacaq, həmçinin qida mövzusunda sessiya keçiriləcək. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edəcək. Həmçinin forum çərçivəsində xüsusi mükafat da təsis olunacaq". "2011-ci ildə ilk forumda 40-a qədər ölkə çıxış edirdisə bu il 120 ölkədən nümayəndə heyəti, 50-yə qədər beynəlxalq təşkilatların və 50-yə qədər qeyri hökumət təşkilatların nümayəndələri iştirak edəcək. Bu da forumun maraqlı platformaya çevrildiyini göstərir"- deyə, Ə.Qarayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə