“Mədəniyyətlərarası dialoq: insan təhlükəsizliyi, sülh və dayanıqlıq inkişaf naminə yeni imkanlar”

“Mədəniyyətlərarası dialoq: insan təhlükəsizliyi, sülh və dayanıqlıq inkişaf naminə yeni imkanlar”

"Mədəniyyətlərarası dialoq: insan təhlükəsizliyi, sülh və dayanıqlıq inkişaf naminə yeni imkanlar" mövzusunda IV Mədəniyyətlərarası dialoq

Ümümdünya forumu çərçivəsində Bakıda xüsusi mədəni proqram təşkil ediləcək. SİA-nın məlumatına görə, Milli Turizm Təbliğat Bürosu Sabir bağında 4-6 may tarixlərində sənətkarlıq nümunələrinin və milli mətbəx sərgisini, habelə konsert proqramını təqdim edəcək. Mayın 4-ü saat 20.00-da məşhur "Radio&Video" rok qrupu, mayın 5-i saat 18.00-da Günay İbrahimli, Yaşar Yusub, Samir Salam və digərilərinin iştirakı ilə etnokonsert, saat 21.30-dan isə caz və blyuz sədaları altında romantik axşam təşkil ediləcək. Mayın 6-da saat 20.00-da "Dərvişbend" qrupunun solisti Nara Vayt öz proqramını təqdim edəcək.

Xatırladaq ki, Ümumdünya forumunda UNESCO, ISESCO, İƏT, QİƏT, İslam tarixinin, mədəniyyətinin və incəsənətinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin, Ərəb məğrib birliyinin, Türkdilli ölkələrin əməkdaşlığı birliyinin və TÜRKSOY-un rəhbərliyi, dövlət başçıları, birinci xanımlar və müxtəlif ölkələrin mədəniyyət nazirləri iştirak edirlər. Forum, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən başladılan "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunub. Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilən tədbirlərə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə