Gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb FOTOLAR

Gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb FOTOLAR

Azərbaycan Rəssamlar İttifaqında (ARİ) gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub. SİA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə ARİ-nin sədri, Xalq Rəssamı Fərhad Xəlilov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə açılan sərginin əhəmiyyətindən danışıb.

Bildirilib ki, sərgidə gənc fırça ustalarının rəngkarlıq, qrafika, tətbiqi dekorativ sənət, batika, xalçaçılıq, heykəltəraşlıq və digər janrlarda olan sənət əsərləri nümayiş etdirilir. Rəsmlər rəng, üslub, müəllifin təxəyyülünün orijinallığı, dünyaya fəlsəfi baxışı ilə bir-birindən fərqlənir.

Sərgidə 30 rəssamın 70-dən çox əsəri yer alıb.

Müxtəlif mövzulu əl işlərinin təqdim olunduğu sərgi üç gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə