M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Zərifə Əliyeva - qaranlığa nur saçan zəka" adlı kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Azərbaycanın oftalmoloq-alimi, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, tibb elminin inkişafında əvəzsiz xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil edilib.
Sərgidə görkəmli alimin Azərbaycan və xarici dillərdə elmi əsərləri, haqqında yazılmış kitablar, görkəmli şəxsiyyətlərin akademik haqqında söylədikləri fikirlər öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB