Mayın 31-də Heydər Əliyev Sarayında "Milli sərvətimizdir muğam" adlı konsert proqramı təqdim ediləcək. SİA-nın xəbər verir ki, istedadlı gənc muğam ifaçılarının iştirakı ilə keçiriləcək konsertdə bənzərsiz muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnıları da səslənəcək.
Konsertdə muğam müsabiqələrinin laureatları olan gənc muğam ifaçıları Ariz Hüseynov, Nigar Rəhimova, Günay İmamverdiyeva, Mehman Hüseynov, Elgiz Əliyev, Babək Quliyev, Vüqar Qarabağlı və başqaları iştirak edəcəklər.
Musiqili gecədə iştirak etmək istəyənlər biletləri www.iticket.az saytından online yolla, şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB