Zakir Bağırovun 100 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin (mərkəzlərinin) inkişafı üzrə 2016-2020-ci illəri əhatə edən "Xüsusi fəaliyyət proqramı"-na uyğun olaraq, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagird heyətinin təqdimatında Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun 100 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Zakir Bağırovun ömrünün maraqlı səhifələri vərəqlənib, zəngin yaradıcılıq irsi musiqişünas Nərgiz Kərimova tərəfindən işıqlandırılıb və əsərlərindən ibarət olan əsrarəngiz musiqi çələngi məktəbimizin istedadlı şagirdlərinin ifasında səslənib.
Tədbir proqramında bəstəkarın əsərləri Beynəlxalq müsabiqələr laureatı Cavid Yusifzadə, Səbinə Rzazadə, Mədinə Bağırova, Aydan Həsənova, Nərgiz Hüseynzadə, Leyla Haşımova, Nəzrin Cəfərzadə, Jalə Quliyeva, Ləman Əliməmmədova, Fizzə Vəlizadə, Fərhad Həsənova, Zərrin Əliyevanın ifasında səslənib.
Qeyd edək ki, tədbirdə müəllimlərin hazırladığı rəngarəng musiqi töhvələri də dinləyicilərin böyük rəğbətini qazanıb.












.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB