Nazir müavini Yaponiyanın Azərbaycandakı Səfirliyinin müşaviri ilə görüşüb
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Kenji Aşida arasında görüş keçirilib. SİA-nın məlumatına görə, Sevda Məmmədəliyeva iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu və daim inkişaf etdiyini qeyd edib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan razılığını ifadə edərək, gələcəkdə qarşılıqlı dəstəyin daha da artırılacağına əminliyini nəzərə çatdırıb.
Görüşdə muzeylər arasında birbaşa əlaqələrin təşviqi, turizm təhsili sahəsində əməkdaşlıq və bu istiqamətlərdə konkret layihələrin həyata keçirilməsi müzakirə olunub.
Kenji Aşida Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilən mədəni tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilən köməkliyə görə təşəkkürünü bildirib.
Sonda Sevda Məmmədəliyeva Yaponiyanın cari ilin 4-6 may tarixində Bakı şəhərində təşkil olunacaq lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüksək səviyyədə təmsil olunacağına inamını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB