Qusarda “Gənc mədəniyyət işçilərinin I Qış düşərgəsi” təşkil olunub FOTOLAR
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz regional mədəniyyət və turizm idarəsinin birgə təşkilatçılığı ilə 28.02.2017-ci il tarixində Qusar rayonunda "Cənc mədəniyyət işçilərinin I Qış düşərgəsi" təşkil olunmuşdur.
Düşərgənin qonağı Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətlərarası kommunikasiyalar kafedrasının müəllimi, Rəsm qalereyasının direktoru Pavel Sapotko olmuşdur.
Quba Soyqırım abidəsinin ziyarəti və gülqoyma mərasimi ilə başlanmış Qış düşərgəsi daha sonra işini Qusar rayonunda davam etmişdir. Orada iştirakçılar və qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsinə gül goyub xatirəsini yad etmişlər.
Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş Qış düşərgəsi Qusar rayon Mərkəzi Kitabxanasında baş tutmuşdur.
Xaçmaz regional mədəniyyət və turizm idarəsinin rəisi Nazim Ağayev çıxış edərək gənc mədəniyyət işçiləri üçün qış və yay düşərgələrin keçirilməsindən məmnun olduğunu xüsusi vurğuladı və Qrupun yaradılmasında dəstəyi olan Elmi-metodiki mərkəzə maraqlı layihələrin təşkili üçün minnətdarlığını bildirmişdir.
Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında bu yeni layihənin gənc mədəniyyət işçiləri üçün səmimi münasibətlərin, yoldaşlıq hisslərinin formalaşmasında, sərbəst fikirlərin, yeni ideyaların yaradılmasında və problemlərin birlikdə həll olunmasında onlara kömək edəcəyini bildirmişdir.
Düşərgənin qonağı olan Pavel Sapotko öz növbəsində Belarus Respublikasının mədəniyyət sahəsində olan nailiyyət və problemlərindən danışmış, ölkələrimizin mədəniyyət sahəsində çalışan gənc əməkdaşların öz peşələrində səmərəliliyin artırılmasına, uşaq yaradıcılığın zənginləşdirilməsinə, turizmin inkişafına təsir edəcək mədəni xidmətlərin təşkilinə, aramızda əməkdaşlıq və birgə layihələrin hayata keçirilməsinə dair təkliflərini ümumi müzakirəyə çıxararaq dəyirmi masa ətrafında geniş söhbət aparmışdır. Yaranmış fikir mübadiləsi regionun gənc mədəniyyət işçiləri tərəfindən olduqca böyük maraqla qarşılanmışdır.
Daha sonra Qış düşərgəsi açıq havada davam etdirilmişdir. Gənclər od çərsənbəsinin tonqalını yandırıb ətrafında toplaşaraq xarici qonaqlara regiona məxsus öz multikultural adət-ənənələrini, rəqslərini göstərmişlər. Tonqal ətrafında oxunan mahnılara gitara ustası Tofiq İsmayılzadə də öz ifası ilə rəng qatmışdır. İştirakçılara və qonaqlara xoş təsurat bağışlayan Qış düşərgəsi axşama qədər davam ederək növbəti yay düşərgəsində görüşmək ümidi ilə başa çatmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB