Milli İncəsənət Muzeyi növbəti xüsusi aksiyaya start verir

Milli İncəsənət Muzeyi növbəti xüsusi aksiyaya start verir

Azərbaycan Milli İncəsənət Muzeyi növbəti xüsusi aksiyaya start verir. SİA-nın məlumatına görə, 11 və 12 fevral tarixlərində yerli vətəndaşlara muzeyə giriş 1 AZN olacaq! Bu aksiyadan faydalanaraq Siz milli dəyərlərimizi və dünya mədəni irsini özündə əks etdirən muzeyin stasionar ekspozisiyası ilə tanış ola bilərsiniz. Bu mədəniyyət məbədini ziyarət edərkən Siz sanki zamanın müxtəlif dövrlərinə səyahət edəcəksiniz. Həmçinin, arzu edənlər üçün xüsusi proqram hazırlamışıq. Bu əyləncəli proqram sayəsində Siz ailəniz və dostlarınızla birgə əyləncəli zaman keçirəcək, muzeyin ekspozisiyasını bəzəyən möhtəşəm sənət inciləri ilə yaxından tanış olacaq, ustad-dərsində, oyunlarda iştirak edə və ailə psixoloqu ilə görüşə biləcəksiniz.

Yerlərlər məhduddur. Öncədən qeydiyyatdan keçməyinizi xahiş edirik.

11.00-12.00 Viktorina

11.00-12.00 Bacarıqlı əllər

12.00-13.00 Nağıl (rus dilində); Tematik ekskursiya (azərbaycan dilində)

13.00-14.00 Nağıl (azərbaycan dilində); Tematik ekskursiya (rus dilində)

14.00-16.00 Psixoloq Səbinə Abdullayeva ilə görüş

14.00-16.00 Bacarıqlı əllər

Gün ərzində Kvest

Əlaqə nömrəsi: +994 (12) 492 07 07

Bütün xəbərlər Facebook səhifəmizdə