“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburq səhnəsində

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburq səhnəsində

Martın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, bu barədə məlumat teatrın saytında yer alıb.

Əsərin dünya premyerası da 1961-ci il martın 23-də Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, yaddaqalan melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. İllüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə