“Milli qürur günümüz”

Balakən rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş "Milli qürur günümüz" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Milli qürur günümüz" adlı tədbirdə Şəki Regional Mədəniyyət və Turzim İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Ş.Hacıyeva, RİH – nin baş məsləhətçisi Z.Mustafayeva, Qarabağ Əlillər Cəmiyyətinin sədri Sarvan Şibliyev, şair R.Balakənli, şəhid ailələri, məktəb şagirləri iştirak edib. Tədbir iştirkarkçıları şəhidlərimizə həsr olunmuş sərgi ilə tanış olublar. Şəhidlərimiz xatirəsi bir dəqqəlik sükutla yad edilib. MKS-nin şöbə müdiri Ülviyyə Cəfərli faciələrimiz unudulmayacaq adlı məruzə ilə çıxış edib. Tədbirdə, Sarvan Şibliyev, MKS -nin Metodika və Biblioqrafiya şöbəsinin müdiri İ.Qımrıyeva, Kitabişləmə və Biblioqrafiya şöbəsinin müdiri M.Əhmədova, Əsgər Ailəsi İctimai Birliyinin sədri N.Vahid və başqları çıxış ediblər. Təbirdə Z.Əliyeva adına 3 saylı şəhər orta məktəbin şagirləri şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə