Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali təhsil müəssisəsinin iqtisadiyyat kafedrasının, "RSH Consulting Company"nin və "MirAN Group"un birgə təşkilatçılığı ilə "Tələbə kredit işçisi" müştərək layihəsinə yekun vurulub. SİA-nın məlumatıəna görə, ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov təcrübə proqramı çərçivəsində reallaşan layihənin iştirakçı tələbələr, xüsusi ilə universitetin iqtisadiyyat, maliyyə sahələri üzrə təhsil alan tələbələrin uğurlu karyera qurmalarına, işgüzar və təcrübi vərdişlərə yiyələnmələrinə mütəxəssis səviyyəsində dəstək olduğunu diqqətə çatdırıb.
Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB