"Dağılan tifaq” FOTOLAR

Füzuli Dövlət Dram Teatrı 2016-cı ilin repertuarında olan Ə.B.Haqverdiyevin "Dağılan tifaq" tamaşasını ictimaiyyətə təqdim edib. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Qaçaq Qarayev, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda İntizar Quliyeva, Elşən Gözəlov, Əli Hüseynov, Sehran Xanlarov, Məryəm Məmmədova, Aygün Cəfərova, Vaqif Rəhimov, Vüqar Babayev və başqaları çıxış edir.

Bugünkü dövrə də xas olan və aktuallığını itirməyən, bir ailənin məhvinə səbəb olan bütün hallar tamaşada öz əksini tapıb. Buna görə də tamaşa teatr sevənlər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə