Avropa Şurasının baş katibinin müavini Draqoni ilə görüş keçirilib
Fransanın Strasburq şəhərində Avropa Şurasının baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni AR-nın Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadəni qəbul edib. SİA-nın məlumatına görə, görüşdə həmçinin Avropa Şurasının Demokratiya üzrə Baş Direktoru Snejana Markoviç və Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyindən Ülfət Maçanov iştirak edib.
Görüş zamanı 2008-ci ildə Azərbaycan dövləti tərəfindən irəli sürülmüş Bakı Prosesi və hər iki ildə bir dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, xüsusilə növbəti ilin may ayında Bakıda keçiriləcək 4-cü Foruma hazırlıqla bağlı müzakirələr aparılıb.
V.Eyvazzadə təmsil etdiyi Nazirliyin rəhbərliyinin salamlarını çatdıraraq bildirib ki, Bakı prosesi ideyası hələ 2008-ci ildə Avropa Şurasının tərəfdaşlığı ilə Bakıda keçirilib Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında ölkə rəhbərliyi tərəfindən irəli sürülüb. Həmin tarixdən etibarən bu ideya inkişaf edərək bugün YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO, AŞ-nın Şimal-Cənub Mərkəzini öz ətrafında birləşdirən qlobal Platformaya çevrilib.
Xanım Battaini-Draqoni qeyd edib ki, Bakı Prosesi Beynəlxalq İşçi Qrupunun Parisdə keçirilmiş iclası barədə AŞ-nın orda iştirak edib nümayəndəsi ona müvafiq məlumatları təqdim edib. V.Eyvazzadə əlavə məlumat olaraq bildirib ki, Parisdəki iclasda qərara alınıb ki, 5-6 may tarixində Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun plenar və panel sessiyaları əsasən dörd istiqamət üzrə müəyyən ediləcək-Mədəniyyətlərarası dialoq, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf. Bununla yanaşı Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Forum çərçivəsində Beynəlxalq Təşkilatların rəhbərlərinin Yüksək Səviyyəli Görüşü, həmçinin Dünya Mədəniyyət və Turizm Nazirlərinin 3-cü Toplantısı keçiriləcək.
Xanım Battaini-Draqoni Forumun və qeyd edilən tədbirlərin kifayət qədər ciddi proqramla müşayiət olunduğunu ifadə edərək AŞ-nın Şimal-Cənub Mərkəzinin və AŞ Mədəni Marşurutlar Hissəvi Sazişinin bu prosesdə fəal ola biləcəyini, habelə yaxın günlərdə təşkilatın Forumla bağlı təklif və ideyalarının Azərbaycan tərəfinə təqdim ediləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB