Sumqayıtda Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilib
Beynəlxalq Əlillər günü münasibətilə Sumqayıt Şəhər Mədəniyyət Evində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvü İlham Səməd çıxış edərək cəmiyyətin fəaliyyəti haqqında məlumat verib, əlillər üçün yaradılan şəraitdən danışıb.
Daha sonra Şəhər Mədəniyyət Evinin "Xəyal" instrumental ansamblının müşayiəti ilə müğənnilər Allahverdi Xəyal və Elşən Quliyev öz mahnı sovqatları ilə tədbiri rövnəqləndiriblər.
Tədbirdə həmçinin gənc müğənnilər Zaur Yusifli, Türkan Orucova, İlkin Əlizadə, Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnıları, Əlipaşa Paşayevin ifasında Zəlimxan Yaqubun "İmzalı, möhürlü həqiqətimsən" şeiri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB