M.F.Axundzadə adına Milli Kitabxanada "Sirlər xəzinəsi" adlı ədəbi-bədii musiqili layihəyə start verilib. SİA-nın məlumatına görə, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Kərim Tahirov layihə haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Milli Kitabxananın və Beynəlxalq Muğam Mərkəzinin birgə təşəbbüsü ilə reallaşan layihə çərçivəsində Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislərin keçirilməsinə başlanıb. O, layihəyə əsasən reallaşdırılacaq klassiklərin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislərin əhəmiyyətindən danışıb. Bu silsilədən ilk tədbirin klassik Azərbaycan poeziyasının "günəşi" Məhəmməd Füzulinin yaradıcılığına həsr olunduğunun təsadüfi deyil, zərurət olduğunu bildirib.
Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq Artisti Murad Hüseynov bu məclisin füzulişünaslar üçün bir töhfə olduğunu vurğulayıb. Dahi Füzulinin yaradıcılığından söhbət açan direktor belə tədbirlərin keçirilməsini alqışlayıb və layihənin uğurla davam edəcəyini deyib.
Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə klassik ədəbiyyatımızın görkəmli tədqiqatçıları akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Gülşən Əliyeva, Buludxan Xəlilov, Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdiri Ənvər Əhməd və digər füzulişünas alimlərin çıxışları dinlənilib.
Bildirilib ki, Nizami, Füzuli, Nəsimi, Vaqif, Axundov, Sabir, Vurğun və digər görkəmli ədiblərin yaradıcılığının təbliğ olunması ölkəmizin daha geniş coğrafiyada tanınmasında böyük əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, bu qəbildən olan ikinci tədbir Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Tədbirdə Əməkdar Artist, qiraət ustası Azad Şükürov Füzulinin qəzəllərini səsləndirib, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar artistlər Qəzənfər Abbasov, Feyruz Səxavət, Ehtiram Hüseynov və Hüseyn Məlikovun ifasında şairin qəzəlləri dinlənilib.
Sonda Füzulinin zəngin yaradıcılığını özündə əks etdirən kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB