Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının Küveyt dövlətində təbliğatı məqsədilə ölkə təqdimatı və iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B görüşlər keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev və Küveyt İnformasiya Nazirinin turizm məsələləri üzrə müavini Casim Əl-Həbib arasında görüş keçirilib. Görüş zamanı, Casim Əl-Həbib iki ölkə arasında turizm sahəsində potensial əməkdaşlığın əhəmiyyətini vurğulamış, bu istiqamətdə görülən işlərin davamlı şəkildə həyata keçirilməsinə ehtiyacın olduğunu vurğulayıb.
Mərasimdə çıxış edən Aydın İsmiyev ölkəmizdə turizm sənayesinin inkişafı naminə xüsusilə son illər ərzində aparılan islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, 2016-cı ilin fevral ayından etibarən Azərbaycanın beynəlxalq hava limanlarında Küveyt vətəndaşlarına vizanın təqdim edilməsi imkanları yaradılıb və bunun nəticəsi olaraq ölkəyə səfər edən turistlərin sayında əsaslı artım müşahidə olunub.
A.İsmiyev qeyd edib ki, 2016-cı ilin 5-6 aprel tarixlərində AR mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Küveyt Dövlətinə səfərinin nəticəsi olaraq, cari ilin may ayında Küveyt kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 5 nəfərlik jurnalist qrupu ölkəmizə səfər edib.
Eyni zamanda görüş zamanı, qarşı tərəfin təklifi ilə 2017-ci il ərzində Küveytdə fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərlərinin ölkəmizə səfərinin təşkili məsələləri də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB