Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi qeyd olundu FOTOLAR
Dövlət Musiqili Teatrında xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir prezident İlham Əliyevin Nəsibə Zeynalovanın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində sənətkarın yaradıcılıq yolundan bəhs edən fotosərgiyə baxıblar.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkarın ömür yolundan və yaradıcılığından danışıb.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı ilə xalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Zeynalovanın ömür yolundan və yaradıcılığından danışıb.
Bildirilib ki, Azərbaycan teatrsevərləri arasında "qaynana" kimi sevilən, Musiqili Teatrın inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor olub. O, ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ona nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutularaq qısa müddətdə dünyasını dəyişib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Ədalət Vəliyev bildirib ki, Nəsibə Zeynalova sənətinə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman yüksək dəyər veriblər. Sənətkar səksən illik yubileyində müstəqil Azərbaycanın "Şöhrət" ordeninə layiq görülüb. Onun bu gün 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi bir daha göstərir ki, ölkəmizdə hər zaman sənətə və sənətkara diqqət və qayğı göstərilib.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb və onun sənətinin əbədiyaşarlığından söz açıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Nəsibə Zeynalovaya həsr edilən "Ömrün səhifələri" kitabının ilk nüsxəsini sənətkarın oğlu, görkəmli teatr və kino aktyoru, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzova təqdim edib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib ki, Nəsibə Zeynalova müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlarla adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib.
Gecədə sənətkarın keçdiyi ömür yolundan bəhs edən videomaterial nümayiş etdirilib.
.jpg)
(2).jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB