Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikasının Azərbaycan Respublikasındakı səfiri George Leuçanı qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-Moldova Respublikaları arasında turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlərdən söhbət açılıb.
Nazir Əbülfəs Qarayev turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər görülməsini, eləcə də Moldova turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.
Səfir George Leuça səmimi qəbula görə təşəkkürünü bildib və iki ölkənin bu sahələrdə gələcəkdə daha da geniş birgə fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB