Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filminin Avropa premyerası Almaniyanın 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramı çərçivəsində baş tutub. SİA-nın məlumatına görə, Manhaym və Haydelberq şəhərlərində təşkil olunan nümayişlərdə rejissor Mirbala Səlimli iştirak edib. Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ" filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar. Filmin beynəlxalq premyerası Qazaxıstanın 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında baş tutub. Film həmçinin Misirin Qahirə Beynəlxalq Film Festivalına dəvət alıb.
Qeyd edək ki, Azərbaycan Bakıda keçirilən VII Avropa Film Festivalında "Qırmızı bağ" filmi ilə təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB